RU

DSMF-nin 2025-ci il büdcəsi ilə bağlı tövsiyələr təsdiqlənib

Fins.az, Hesablama Palatası 2025-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi ilə bağlı bir sıra tövsiyələrini təqdim edir:

  1. Büdcə strukturu və göstəricilərin müəyyən edilməsi: "Büdcə sistemi haqqında" qanunda büdcədənkənar dövlət fondlarının büdcələrinin strukturu və qanunlarla təsdiq olunan göstəricilərə dair tələblər müəyyənləşdirilməlidir.

  2. Makrogöstəricilər və risk amilləri: Büdcə sənədlərində makrogöstəricilərin və demoqrafik meyllərin təsiri, sığorta sisteminin əhatə dairəsi və pensiyaçılarla bağlı məlumatlar təqdim edilməlidir. Eyni zamanda, maliyyə dayanıqlılığına təsir edən risk amilləri də nəzərə alınmalıdır.

  3. İcbari dövlət şəxsi sığorta: Dövlət sosial müdafiə fondunun gəlir və xərclərində icbari dövlət şəxsi sığorta üzrə vəsaitlərin düzgün əks etdirilməsi təmin edilməlidir.

  4. Investisiya fəaliyyətinin əks olunması: Büdcə sənədində investisiya fəaliyyətini əhatə edən göstəricilər də daxil edilməlidir.

  5. Təsnifatın dəqiqləşdirilməsi: Dövlət sosial müdafiə fondunun gəlir və xərclərinin funksional və iqtisadi təsnifatının tam əks olunması məqsədilə fəaliyyət davam etdirilməlidir.

  6. Hesabat formalarının təkmilləşdirilməsi: "Büdcə sistemi haqqında" qanunla müəyyən edilmiş hesabat formaları təsdiqlənməlidir.

  7. Büdcə tərtibi prinsipləri: Dövlət sosial müdafiə fondunun büdcəsinin tərtibi prinsiplərinə yenidən baxılmalıdır.

  8. Proqnoz və icra arasında uyğunluq: Məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz göstəriciləri ilə icra arasında real uzlaşmanın təmin edilməsi üçün metodologiya hazırlanmalıdır.

  9. Qeyri-büdcə sektoru və gəlir proqnozlaşdırılması: Fondun maliyyə resurslarının məqsədyönlü istifadəsinin təmin olunması üçün qeyri-büdcə sektoru üzrə gəlirlərin proqnozlaşdırılması zamanı daha optimal qiymətləndirmələr edilməlidir.

  10. Dövlət öhdəlikləri: Dövlət öhdəliyinə aid xərclərin istiqamətləri və dəyəri tam dəqiqləşdirilməli və məcburi sosial sığorta haqları ilə maliyyələşdirilməsi məhdudlaşdırılmalıdır.

  11. Hesabatlılıq sisteminin yaradılması: Dövlət Vergi Xidməti və AHİK tərəfindən təqdim edilən məlumatlardakı uyğunsuzluqların aradan qaldırılması və vahid hesabatlılıq sisteminin yaradılması.

  12. DOST Agentliyinin maliyyələşdirilməsi: DOST Agentliyinin müştərək maliyyələşdirilməsinə yönəldilən məbləğin idarəetmə xərclərində nəzərə alınması.

  13. Pensiya və müavinət xərcləri: Pensiya və müavinətlər üzrə bank əməliyyatlarının və digər xidmət haqqı xərclərinin idarəetmə xərclərinə daxil edilməsi.

Bu tövsiyələr, fondun maliyyə dayanıqlığını və şəffaflığını artırmaq məqsədini güdür.

Fuad Mədətov
Fins.az

Избранный
31
fins.az

1Источники