RU

Qırtımov əməliyyat olundu

Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü, “Kəpəz”in mərkəz müdafiəçisi İlkin Qırtımov əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçunun Bakıda baş tutan əməliyyatı uğurlu alınıb. Qırtımovun bərpa müddətinin 3 həftə çəkəcəyi vurğulanıb.

Xatırladaq ki, müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.

İlkin Qırtımov bu ilin yayından “Kəpəz”də çıxış edir. 34 yaşlı müdafiəçi Gəncə klubunun heyətində 10 oyuna çıxıb. Təcrübəli futbolçu daha öncə “Keşlə”, “Simurq”, “Qəbələ”, “Zirə” və “Neftçi”də də forma geyinib.

Избранный
33
arena.az

1Источники