İsrail prezidenti İsaak Hersoq Beynəlxalq Cinayət Məhkəməsinin ölkənin baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını pisləyib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail prezidentinin ofisi məlumat yayıb.
Hersoqun fikrincə, bu, “vicdansız, ədalətsiz və həddini aşan bir qərardır”:
"Bu, ədalət üçün qaranlıq bir gündür. Bəşəriyyət üçün qaranlıq bir gündür. Beynəlxalq Cinayət Məhkəməsinin pis niyyətli, hədsiz qərarı ümumi ədaləti gülüş obyektinə çevirdi”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта