RU

Ayxan Abbasov köməkçisindən narazı imiş? – özü açıqladı

Məlum olduğu kimi, “Şamaxı” məşqçisi Ceyhun Rzayevlə yolları ayırıb.

Xatırladaq ki, mütəxəssis bu ilin iyunundan Ayxan Abbasovun köməkçisi kimi çalışırdı. Bəs ayrılığı zəruri edən amillər hansılardı? Bəlkə onun fəaliyyəti baş məşqçini qane etməyib?

Bu haqda Ayxan bəyin fikirlərini öyrənməyi lazım bildik. Onun “Football-plus.az”a cavabı:

“Ceyhun Rzayev kluba müraciət edərək ayrılmaq istədiyini bildirib. Burda hansısa anlaşmazlıqdan və ya narazılıqdan söhbət getmir. Hər şey qaydasında idi. Biz də ona uğurlar arzuladıq və yolçu etdik”.

Ayxan bəydən Rzayevi kimin əvəz edəcəyini də soruşduq:

“Ceyhun bəyin yerinə hansısa təyinat olmayacaq. Mövsümün sonuna qədər belə çalışacağıq”,

KƏNAN BAHADIR
Избранный
7
football-plus.az

1Источники