RU

Xaricdən Azərbaycana işləmək üçün gələnlər ən çox bu sahələrdə çalışır

2024-cü ilin III rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6 min 578 nəfər olub. 

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, onlardan 36,4 faizi tikintidə, 9,5 faizi mədənçıxarma sənayesində, 9,0 faizi emal sənayesində, 8,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,1 faizi təhsil və 25,5 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146,4 saat təşkil edib.

Əvəz Həsənov 

Избранный
4
valyuta.az

1Источники