RU

Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək

Elm

Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 6-da Balakən şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Elm və Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, qəbulda Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki və Oğuz sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri noyabrın 27-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Избранный
10
10
1news.az

10Источники