RU

Norveç Kiyevə 45 milyon dollar ayıracaq

Norveç hakimiyyəti Ukraynanın müdafiə sənayesini dəstəkləmək üçün 500 milyon Norveç kronu (təxminən 45,3 milyon dollar) ayıracaq.

Qaziler.az xəbər verir ki, bu barədə krallığın müdafiə departamentinin saytında bildirilir.

Norveçin müdafiə naziri Born Arild Qram qeyd edib ki, bu vəsait Ukraynada silah və hərbi texnika istehsalının sürətləndirilməsinə sərf olunacaq. O, həmçinin vurğulayıb ki, Qərb ölkələrinin göstərdiyi hərbi yardım “kafi deyil” və Ukraynanın öz silahlarını yaratması üçün istehsal imkanlarını artırmaq lazımdır. Qram əlavə edib ki, ayrılan vəsaitdən istifadə üçün konkret sahələr Ukraynanın ehtiyacları nəzərə alınmaqla müəyyən ediləcək.

QAZİLER.AZ

Избранный
9
qaziler.az

1Источники