Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Yeniavaz.com xəbər verir ki, bu barədə məhkəmənin press-relizində deyilir. “BMC-nin Məhkəməyə qədər Palatası yekdilliklə İsrailin Roma Statutuna əsasən irəli sürdüyü çağırışları rədd edən iki qərar çıxarıb”, - deyə press-relizdə bildirilib.