RU

Netanyahu və HƏMAS rəsmilərinin həbsinə order verilib

Bakı, TurkicWorld

Beynəlxalq Cinayət Məhkəməsi (ICC ) cümə axşamı günü İsrailin baş naziri Benyamin Netanyahu, onun keçmiş müdafiə naziri və HƏMAS rəsmilərini həbsinə order verib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, adları sadalanan İsrail rəsmiləri və HƏMAS liderləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərdə ittiham edilir.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubuna basqın edərək, əksəriyyəti mülki olmaqla 1200 nəfəri öldürüb və daha 250 nəfəri qaçırdıqdan sonra İsrail HƏMAS-a qarşı müharibəyə başlayıb. Təxminən 100-ə yaxın girov hələ də Qəzzadadır, onların ən azı üçdə birinin olduğu güman edilir. Qalanların əksəriyyəti keçən il atəşkəs zamanı azad edilib.

Qəzza zolağının səhiyyə rəsmiləri cümə axşamı bildiriblər ki, 13 aydır davam edən müharibədə ölənlərin sayı 44 mini keçib.

Избранный
39
47
turkic.world

10Источники