RU

Zalujnı: “Üçüncü Dünya Müharibəsi, xoş gəldin”

Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı deyib ki, Rusiyanın avtoritar müttəfiqlərinin Ukraynaya qarşı müharibəyə birbaşa cəlb edilməsindən sonra Üçüncü Dünya Müharibəsi başlayıb.

Tribunainfo.az  “Ukrayna Pravda”ya istinadən xəbər verir ki, o, bu barədə UP-100 mükafatlandırma mərasimində çıxışı zamanı bildirib.

“Fikrimcə, 2024-cü ildə artıq tam əminliklə deyə bilərik ki, Üçüncü Dünya Müharibəsi başlayıb. Çünki 2024-cü ildə Ukraynanın qarşısında artıq yalnız Rusiya yoxdur. Ukraynanın qarşısında Şimali Koreya əsgərləri dayanır. Gəlin, bunu açıq deyək. Artıq Şimali Koreya istehsalı olan raketlər açıq şəkildə Ukraynaya atılır, İranın “Shahed”ləri isə heç bir gizlətmə olmadan mülki insanları öldürür. Çin istehsalı mərmilər partlayır, Rusiya raketlərində Çin istehsalı detallar istifadə edilir,” — Zalujnı bildirib.
Onun sözlərinə görə, bir çox hərbçilər bu faktorların Üçüncü Dünya Müharibəsinin başladığını demək üçün əsas verdiyini qəbul edəcəklər və dünya buna hazırlaşmalıdır.

“Uzun müddət gözlənilən bu an artıq başlayıb. Amma bildirmək istəyirəm ki, Allah təkcə Ukraynaya deyil, bütün dünyaya doğru nəticə çıxarmaq üçün bir şans verir. Bunu hələ də Ukrayna ərazisində saxlamaq olar. Lakin nədənsə bizim tərəfdaşlarımız bunu anlamır. Açıq-aşkar görünür ki, Ukraynanın artıq çoxlu düşməni var. Ukrayna texnologiyaların hesabına sağ qalacaq, amma təkbaşına bu mübarizədə qalib gələcəyi məlum deyil. Buna görə də deyirəm: Üçüncü Dünya Müharibəsi, xoş gəldin — artıq başlayıb,” — keçmiş baş komandan sözlərini tamamlayıb.

 

Избранный
7
31
tribunainfo.az

10Источники