RU

BMT BCM-nin Netanyahunu həbs etmək qərarını yüksək qiymətləndirib

Roma Statutuna əsasən Beynəlxalq Cinayət Məhkəməsini (ICC) tanıyan dövlətlər onun qərarlarına əməl etməlidirlər.

Oxu24.com  xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsinin rəsmi nümayəndəsi Ceremi Lourens BCM-nin İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə dair orderi şərh etmək xahişinə cavab olaraq bildirib.

“Roma Statutunun iştirakçısı olan dövlətlər Məhkəmənin qərarlarına hörmətlə yanaşmaq və onları həyata keçirmək öhdəliyi daşıyırlar”, deyə qeyd olunub.

Lourensin sözlərinə görə, BMT nümayəndələri Roma Nizamnaməsinə uyğun olaraq BCM-nin yurisdiksiyasında olduğu bütün hadisələrdə onun müstəqilliyinə və səlahiyyətlərinə hörmət edirlər.

Cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında münaqişə ilə bağlı Netanyahu və Qalanta qarşı order verib. Söhbət “ən azı 2023-cü il oktyabrın 8-dən 2024-cü il mayın 20-dək törədilmiş insanlığa qarşı cinayətlərdən və hərbi cinayətlərdən” gedir. Bundan əlavə, məhkəmə BCM-nin yurisdiksiyasına etiraz etməyə çalışan İsrailin arqumentlərini rədd edib.

Bundan sonra İsrail prezidenti İsaak Hersoq BCM-nin həbs orderləri ilə bağlı qərarını ədalət üçün qaranlıq gün adlandırıb.

Daha əvvəl Vladimir Putin BCM-nin həbslərlə bağlı qərarlarından yan keçməyin yolunu göstərmişdi.

 

Nigar

 

Избранный
12
3
oxu24.com

10Источники