RU

Rusiya Dövlət Duması Netanyahu haqqında həbs qərarına münasibət bildirib

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair orderin icrasına Qərbin reaksiyası göstərici olacaq.

 

Oxu24.com  xəbər verir ki, bunu LDPR partiyasının rəhbəri Leonid Slutski deyib.

 

“Rusiya BCM-nin yurisdiksiyasını tanımır. Amma burada önəmli olan ölkəmizin bu təşkilatın fəaliyyətinə deyil, kollektiv Qərb ölkələrinin münasibətidir”.

 

O, qeyd edib ki, Avropa ölkələrinin BCM-nin tələblərini yerinə yetirməyə hazır olub-olmamasını, yoxsa buna məhəl qoymayaraq, bununla da ABŞ-ın rəhbərliyinə tabe olub-olmadığını öyrənmək son dərəcə vacib olacaq. Slutskinin sözlərinə görə, qərar “ikili standartlar” üçün lakmus sınağı olacaq.

Cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında münaqişə ilə bağlı Netanyahu və Qalanta qarşı order verib. Söhbət “ən azı 2023-cü il oktyabrın 8-dən 2024-cü il mayın 20-dək törədilmiş insanlığa qarşı cinayətlərdən və hərbi cinayətlərdən” gedir.

Bundan əlavə, məhkəmə BCM-nin yurisdiksiyasına etiraz etməyə çalışan İsrailin arqumentlərini rədd edib.

 

Nigar

 

Избранный
22
38
oxu24.com

10Источники