RU

Tural İsmayılov: "İranın açıq şəkildə Rusiyanı dəstəkləməməsi də başa düşüləndir"

“Qərb-Rusiya gərginliyi fonunda İranın susqunluğu diqqət çəkir. Rəsmi Tehran sanki gözləmə mövqeyindədir. Yəni Qərb Rusiyanı bitirsə, regional və qlobal siyasəti bunun üzərinə quracaq kimi görünür”.

“Düşünmürəm ki, İran susqunluq nümayiş etdirir. Əksinə, biz bilirik ki, İranın “Şahid” pilotsuz uçuş aparatlarından Rusiya- Ukrayna müharibəsində geniş şəkildə istifadə edilir. Hətta Ukrayna rəhbərliyi dəfələrlə İran dronlarının Rusiya- Ukrayna müharibəsində istifadə edildiyini vurğulayıb. İran özü bilir ki, onsuz da Yaxın Şərq coğrafiyasında baş verən problemlər və digər bir çox məsələlərə görəona qarşı çox ciddi basqılar var”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Siyasi şərhçi qeyd edib ki, bu gün İrana qarşı qlobal təzyiq, sanksiya layihələri və kampaniyaları həyata keçirilir.

“Belə olan fonda İranın açıq şəkildə Rusiyanı dəstəkləməməsi də başa düşüləndir. Çünki İranın apardığı siyasətlə dünyada onsuz da özü təcrid olunmuş bir vəziyyətdədir. Amma pərdə arxasında İranla Rusiya bir sıra ortaqlıqlar hələ də davam edir. Eyni zamanda bu gün faktiki olaraq Rusiya İranın mövqelərindən razıdır. Ən azından publik şəkildə, İranla bağlı Rusiya tərəfindən hansısa bir narazılıqların eşidilmədiyini görürük. Hesab etmirəm ki, Rusiya- Ukrayna müharibəsi və yaxud İranın hansısa mövqesizliyi Rusiya ilə İran arasında gələcəkdə hansısa problemlərə səbəb olsun. Bu prosesin bu formada davam edəcəyini düşünürəm. Rusiya-İran əlaqələri üzdə və yaxud da açıq şəraitdə bundan sonra da bir çox sahələrdə davam edəcək kimi görünür”, - deyə o qeyd edib.

Избранный
26
aznews.az

1Источники