RU

“Nəyimə lazım idi toy, konsertlərdən qazanırdım da, heç indi də getmirəm”

“Heydər Əliyev mənimlə görüşəndə dedi ki, niyə Azərbaycan dilində oxumursan?”
 
“Bəzən mənə deyirlər ki, Sərxan müəllim, nə əcəb toylara getmirsiz? Mən də o adamlara deyirəm ki, sən toydan qazandığın pulu mən rəsmi yolla bir konsertdən qazanırdım. Nə o illərdə getmişəm, nə də ki, indi gedirəm. Nəyimə lazım idi toy? Qazanırdım da. Özü də pis də qazanmırdım”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Sərxan Sərxan deyib. O daha sonra efirlərə niyə görə çıxmamasına aydınlıq gətirib:
 
“Tamaşaçı qarşısına çıxmaq üçün yenilik olmalıdır. Yeni layihələr, yeni konsertlər, yeni repertuarlar. Heç olmasa 30-40 faiz repertuar dəyişilməlidir. Həm də ya burada oluram, ya da Moskvada. Bir yerdə olmadığım üçün efirlərə çox az çıxıram. Sözün düzü efirlərdən çox uzaq gəzmişəm. Birincisi çıxdığım verilişə, aparıcıya inanmalıyam. Bu baxımdan çox seçiciyəm. Bir müddət əvvəl Rusiyada səhnə aldım. Musiqimizi, ifalarımı çox gözəl qarşıladılar. Ayın əvvəlində artıq doğma ölkəmə gələcəyəm” deyə Sərxan Sərxan deyib.
Sərxan Sərxan “Ay gecikən məhəbbətim” mahnısının yaranma tarixindən də danışıb:
 
“Moskvada fəaliyyət göstərsəm də tez-tez məni 80-ci illərdə Bakıya dəvət edirdilər. Ümummilli lider Heydər Əliyev hər dəfə dövlət konsertlərindən sonra pərdəarxasına keçib sənətçilərlə şəxsən görüşürdü. Bu dəfə də hamıyla görüşdü. Hər kəslə Azərbaycan dilində danışırdı. Mənə yaxınlaşanda rus dilində danışdı. Dedim ki, mənimlə niyə doğma dilimizdə danışmırsız? Dedi ki, bəs niyə Azərbaycan dilində oxumursan? O vaxtdan mən başladım doğma dilimizdə mahnı oxumağa. İlk doğma dildə mahnım da “Ay gecikəm məhəbbətim” oldu. Sözləri Tofiq Bayramın idi, musiqisini isə özüm bəstələmişdim. Ulu öndər mənə bu sözləri deməsəydi bəlkə də “Ay gecikən məhəbbətim” mahnısı yaranmazdı” deyə sənətkar bildirib.
Избранный
67
moderator.az

1Источники