RU

Ceyhun Rzayev “Şamaxı”ya kompensasiya ödədi – “bizə müraciət edilməyib...”

“Bizə müraciət edərək, klubdan ayrılmaq istədiyini dedi. Biz də şərait yaratdıq”.

Bu sözləri “Football-plus.az”a “Şamaxı”nın idman direktoru Kamran İsmayılov deyib. O, məşqçi Ceyhun Rzayevin komandadan ayrılmasının səbəbini belə izah edib:

“Bildirdi ki, başqa komandadan təklif almışam. Həm rəhbərlik, həm də baş məşqçimiz Ayxan Abbasov məsələyə etiraz etmədi. O başqa məsələ ki, bizə hansısa klubdan Ceyhun Rzayevlə bağlı müraciət edilməyib. Görünür, öz aralarında danışıb-anlaşıblar. Beləliklə, müəyyən şərtlər daixlində razılığa gəldik. Müqaviləsinə vaxtından əvvəl xitam verilməsini istədiyi üçün kluba kompensasiya ödədi. Hələ ki məşqçinin yerinə təyinayt olmayıb. Düzü, bu yöndə nəsə düşünmürük. Mövzuyla bağlı qərar Ayxan bəyin istəyindən asılıdı. Bizə müraciət etsə, imkan daxilində, klubun maliyyə gücünə uyğun məşqçiylə anlaşmağa çalışacağıq. Hələ ki bu yöndə yenilik yoxdu”.


KƏNAN BAHADIR
Избранный
18
football-plus.az

1Источники