RU

Si Cinpin Ukraynada sülh tərəfdarlarını birləşməyə çağırıb

Çin prezidenti Si Cinpin Ukrayna münaqişəsinin siyasi həlli tərəfdarlarının daha çox birləşməsinə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Braziliya prezidenti Luiz İnasiu Lula da Silva ilə Braziliyada keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Çin və Braziliya Ukrayna böhranının siyasi həlli ilə bağlı altı bəndlik konsensus əldə edib, həmçinin qlobal cənub ölkələri ilə birlikdə “Sülh Dostları” qrupunu yaradıblar”, – Si Cinpin deyib.

Çin lideri sülhü dəstəkləyən bütün tərəflərin bir araya gəlməsinin və Ukraynadakı münaqişənin siyasi həllinə zəmin yaratmağa başlamasının vacibliyini vurğulayıb.

Избранный
20
nocomment.az

1Источники