RU

Hakan Fidandan Azərbaycan və Ermənistana sülh çağırışı

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycan və Ermənistanı Cənubi Qafqazda sülh prosesi üçün bu tarixi fürsəti qaçırmamağa çağırıb.
 
Fidan parlamentdəki çıxışında Cənubi Qafqazda sülhün hər zamankindən daha yaxın olduğunu bildirib. O, həmçinin, Azərbaycanın və Ermənistanın bu fürsətdən faydalanaraq sülhü təmin etmələrinin vacibliyini vurğulayıb.
 
Fidan, "Azərbaycanla ikitərəfli münasibətlərimizi ən yüksək səviyyədə qoruyuruq və bir çox beynəlxalq məsələdə əməkdaşlıq edirik. Ermənistanın sülh və sabitlik tərəfdarı olan seçimlərini alqışlayırıq və hər iki tərəfi bu tarixi fürsəti əldən verməməyə çağırırıq", – deyə əlavə edib.
 
Nazir, oktyabr ayında İstanbulda keçirilən "3+3" platformasında Azərbaycan və Ermənistan nümayəndələrinin, heç bir vasitəçi və üçüncü şəxslərin iştirakı olmadan görüş keçirdiyini qeyd edib.
 
Fidan, regional sülh və sabitliyin yalnız humanitar məsələləri həll etməklə qalmayacaq, həm də ticarət və inkişaf üçün yeni imkanlar yaradacağını bildirib. 
Избранный
20
1
moderator.az

10Источники