RU

Zelenski Putinə cavab verdi –"Bu silahdan ilk dəfə istifadə etmirik"

Ukrayna prezidenti Vladimir Zelenski Vladimir Putinin Ukrayna ərazisinə orta mənzilli “Oreşnik” raketinin istifadəsi ilə bağlı bəyanatına cavab verib.

Azpost.info bildirir ki, dövlət başçısının açıqlamalarını Ukrayna mətbuatı yayıb.

“Putin Ukraynanın ən böyük şəhərlərindən biri olan Dnepri vurdu. Bu, bu müharibənin miqyasının və qəddarlığının açıq-aşkar artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin rüsvayçı şəkildə pozulmasıdır. Bu, Rusiyanın bir il ərzində eskalasiyaya doğru ikinci addımıdır. İlk belə addım Şimali Koreyanı Ukraynaya qarşı müharibədən əvvəl – ən azı 11 min əsgərdən ibarət kontingenti cəlb etmək idi”, – deyə Ukrayna prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, Putin dünyanın müharibəni genişləndirməmək çağırışna məhəl qoymadan bu addımların hər ikisini atıb: “Bu müharibəni başlayan yeganə şəxs Putindir. Müharibənin davam etməsini təmin edir”.

Zelenskinin sözlərinə görə, Ukraynaya qarşı ballistik raket hucumu Rusiyanın sülh istəmədiyinin bir daha sübutudur: “Putin Ukraynanın guya uzaqmənzilli silahlardan istifadə etməsinin bizim yeni addımımız olduğunu söyləyərkən yalan danışır. Bu silahdan ilk dəfə istifadə etmirik”.

Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Kiyev dəfələrlə işğal olunmuş ərazilərdəki hədəflərə qarşı uzaqmənzilli silahlardan istifadə edib. Ancaq Rusiya özü yalnız öz ərazisindəki hədəflər vurulduqda hərəkətə keçib.

“Ukraynanın beynəlxalq hüquqa əsasən Rusiya ərazisində istənilən qanuni hərbi obyektləri vurmaq hüququ var. Ukrayna BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə edir. Rusiya Ukraynaya hücum qərarının nəticələrinə görə yalnız özünü günahlandıra bilər”, – XİN bildirib.

Избранный
35
azpost.info

1Источники