RU

Tramp Baş prokuror vəzifəsinə vəkili Pam Bondinin namizədliyini irəli sürüb

Seçilmiş prezident Donald Tramp Floridanın sabiq prokuroru Pam Bondinin ABŞ-nin Ədliyyə Nazirliyinə də rəhbərlik edən Baş prokuroru vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentoiyi məlumat yayıb. Qeyd edilir ki, 2020-ci ildə xanım Bondi impiçment məhkəmələri zamanı Respublikaçıların vəkillərindən biri kimi fəaliyyət göstərib.

Bir gün əvvəl, noyabrın 21-də cənab Trampın əvvəlki namizədi, konqresmen Mett Qets yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüz iddiaları fonunda respublikaçı senatorların müqaviməti ilə üzləşdiyi üçün ondan imtina edib.

“Uzun müddətdir ki, partizan Ədliyyə Departamenti mənə və digər respublikaçılara qarşı silah kimi istifadə olunur. Amma bu daha baş verməyəcək. Pamın rəhbərliyi altında nazirlik bir daha öz birbaşa öhdəliklərinə - cinayətlə mübarizəyə və Amerikanı yenidən təhlükəsiz vəziyyətə gətirməyə diqqət yetirəcək. Mən Pami illərdir tanıyıram. O, ağıllı, sərtdir və Baş Prokuror kimi əla iş görəcək”, Tramp özünün Truth Social səhifəsində yazıb.

59 yaşlı Pam Bondi hazırda Donald Trampın dəstəklədiyi Amerika Birinci Siyasət İnstitutunun hüquqi qoluna rəhbərlik edir.

Poliqon.info

Избранный
47
poliqon.info

1Источники