RU

SİMA minlərlə ağacın qorunmasına töhfə verir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza olaraq ekoloji problemlərin həllinə və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə davam edir.

Bu barədə Bakıvaxtı.az-a “AzInTelecom”dan bildirilib.

    Kağız istehsalını azaltmaqla ətraf mühitin qorunmasını hədəfləyən bu rəqəmsal həll yaşıl texnologiyaların təşviqinə xüsusi önəm verir. Bu istiqamətdə SİMA Bakıda keçirilən COP29 tədbirini dəstəkləyərək qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə aktiv iştirakını bəyan edir. SİMA-nın məqsədi rəqəmsallaşmanın geniş tətbiqi vasitəsilə daha yaşıl və dayanıqlı gələcəyə yol açmaqdır.

    “SİMA İmza” brendi altında və mobil tətbiq şəklində çalışan bu texnologiya yalnız hüquqi etibarlılığa və təhlükəsizliyə fokuslanmır. Həm də yaşıl texnologiyaların tətbiqi və ekosistemin qorunması istiqamətində də vacib töhfələr verir. Hazırda 60-dan çox tərəfdaşı olan SİMA ilə qurumlar bir çox fiziki xidmətləri rəqəmsallaşdırıblar. SİMA ilə bu günədək həyata keçirilən tranzaksiyalar nəticəsində hər hansı fiziki iştirakçılıq olmadan, kağız sənədlər istifadə edilmədən milyonlarla sayda imzalama, təsdiqləmə və ya elektron sistemlərə giriş edilib. Bu həcmdə kağızsız əməliyyat isə yüzminlərlə ağacın kəsilməkdən xilas edilməsi deməkdir.

    Nəticə etibarilə SİMA yeni nəsil rəqəmsal imzadan istifadə ağacların kəsilməsinin, dolayı yolla təbiətdəki yaşıllığın azalmasının qarşısını alır. Kağız istehsalının azaldılması isə həm də istehsal prosesi zamanı sərf olunan su və enerji ehtiyatlarına da qənaət etmə imkanı yaradır.

    Qeyd edək ki, kağız istehsalı böyük miqdarda ağacın kəsilməsini tələb edən prosesdir. Hesablamalara görə, bir ton kağız istehsalı üçün təxminən 17 ağac kəsilir. Orta hesabla hər il dünyada 400 milyon ton kağız istehsal edildiyini nəzərə alsaq, bu, hər il yüzminlərlə ağacın kəsilməsi deməkdir. Başqa bir nümunə gətirsək, günümüzdə bank filiallarında bir kredit müqaviləsinin hazırlanmasına təxminən 50 vərəq sərf edilir. Rəqəmsal sənədləşmə sayəsində isə bu göstəricini 80%-ə qədər azaltmaq mümkündür.

    Bu gün artıq 1000-dən çox elektron xidmət SİMA ilə əlçatandır. Aparılmış monitorinqə görə, təkcə banklarda SİMA ilə kredit vermə müddəti 3 dəfə, müştəri itkisi göstəricisi 2 dəfə azalır. “SİMA İmza” həm də bölgələrdə yaşayan sakinlərin xidmət mərkəzlərinə gəlmə asılılığını aradan qaldırır ki, bu da enerjiyə (yanacağa) qənaət, dolayı yolla təbiətə buraxılan zərərli qazların azaldılması deməkdir.

    Nəticə olaraq rəqəmsal sənədləşmənin genişlənməsi karbon izinin azalmasına, su və enerji sərfiyyatının optimallaşmasına gətirib çıxarır. Bu cür dəyişikliklər yalnız ətraf mühitin qorunmasına deyil, həm də davamlı və yaşıl texnologiyalar əsasında inkişaf edən bir gələcəyə xidmət edir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

    Избранный
    9
    12
    bakivaxti.az

    10Источники