RU

Hakan Fidan nöqtəni qoydu – “Bədəli nə olur-olsun, edəcəyik”

BRİKS-dən Türkiyəyə tərəfdaşlıq təklifi gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib.

“BRİKS institusional müraciət və qəbul mexanizmi olan bir yer deyil. Üzvlər bir araya gəlib dəvət edirlər. Ancaq bir şəkildə marağınızı da bildirməlisiniz. Marağımızı bəyan eləmişik. Tərəfdaşlıqla bağlı təklif almışıq, bunu dəyərləndiririk. Hazırda heç bir ölkəyə üzvlük dəvəti göndərilməyib”, - nazir bildirib.

Fidan Türkiyənin Avropa İttifaqına (Aİ) tam üzvlük hədəfinin davam etdiyini də açıqlayıb. Onun sözlərinə görə, Aİ ilə iki mühüm danışıqlar viza rejiminin liberallaşdırılması və gömrük ittifaqının yenilənməsi ilə bağlıdır.

Türkiyə xarici işlər naziri viza prosesinin uzanmasını kadr çatışmazlığı və Avropa ölkələrində anti-miqrant əhval-ruhiyyənin artması ilə əlaqələndirib.

Hakan Fidan Suriyada Türkiyənin milli təhlükəsizliyi üçün həyata keçirilən əməliyyatlara görə tutduğu siyasi mövqenin də prosesə təsir etdiyini söyləyib:

“Biz öz müstəqilliyinə, təhlükəsizliyinə önəm verən ölkəyik. Müəyyən əməliyyatlara gəlincə, nə olur-olsun, bədəlini ödəməyə hazırıq. Zamanla bəzi məsələlər həll olunub. Rusiya-Ukrayna müharibəsinin yaratdığı fərqli geostrateji mühit var. Burada məsələləri yenidən gündəmə gətiririk”.

Ölkənin baş diplomatı Türkiyənin təhlükəsizliyinin təmininə yönəlmiş əməliyyatların qərarlılıqla davam edəcəyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
18
50
teleqraf.com

10Источники