RU

"Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası" təsdiqlənib

Nazirlər Kabineti “Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, Qayda “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb və digər dövlətdə qeydiyyatda olan istismarçıya məxsus hava gəmisinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.

Qayda ölkə ərazisinə uçuşlar həyata keçirən xarici dövlətin istismarçısına şamil olunur.

Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.

Qaydada istifadə olunan anlayışlar Qanun və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya və Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 8335, müfəttiş yoxlamalarına, sertifikatlaşdırmaya və davamlı nəzarətə dair Təlimat”ına uyğun həyata keçirilir.

Xarici dövlətin istismarçısının hava gəmisinin yoxlanılmasını həyata keçirən Agentliyin müfəttişi Qanunun 44.6-cı maddəsinə uyğun olaraq təlim keçməlidir.

Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi QAYDASI ilə buradan tanış olmaq mümkündür

Избранный
12
17
fed.az

10Источники