RU

“Ukrayna dairəsi”ndə dəyişiklik edilir – Video


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Ukrayna dairəsi”ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə yeni layihə hazırlanıb.
Yeniavaz.com
xəbər verir ki, Agentliyin yaydığı məlumatda, ərazidə yol infrastrukturunun, küçə-yol şəbəkəsinin və nəqliyyat axınının təhlil edildiyi bildirilir.
Qeyd olunub ki, həmin kəsişmə üçün ən optimal həll üsulu kimi turbo tipli dairənin inşası nəzərdə tutulub:
“Təklif layihəsi Nəqliyyatı Əlaqələndirmə Şurasında müvafiq qaydada təsdiq edilib.
Təklif edilən turbo tipli dairə ölkəmiz üçün nizamlanmayan mürəkkəb yol kəsişmələrində yeni bir yanaşma, müasir həll yolu hesab edilir.
Hazırda dairənin standartlara uyğun olmaması burada bir sıra nəqliyyat problemlərinə səbəb olur. Belə ki, dairənin giriş-çıxış saylarının 2 və ya 3 hərəkət zolağından ibarət olmasına baxmayaraq, dairənin daxilində bu, 6, 7 bəzi hallarda isə 8 zolaqdan ibarətdir. Bu da dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Yeni layihəyə əsasən, Məhəmməd Hadi küçəsindən Vunq Tau küçəsinə, həmçinin Neapol və Aşıq Ələsgər küçələrindən Məhəmməd Hadi küçəsinə dairəyə daxil olmadan birbaşa sağa hərəkət etmək olacaq. Dairədə hərəkət 3 zolağa bölünəcək. Həmçinin yol kəsişmələrində piyada təhlükəsizliyinin təmin olunması üçün səki sahələri və eynisəviyyəli piyada keçidləri təşkil ediləcək.
Layihə həyata keçirildikdən sonra münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq, dairənin buraxılış qabiliyyəti artırılacaq, hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq və piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.
Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması, zəruri olan yol nişanları və nişanlanma xətlərinin təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, bu tip dairələr nəqliyyat sahəsində inkişaf etmiş bir çox Avropa ölkələrində, xüsusilə Almaniya, Norveç, Niderland kimi ölkələrdə də geniş istifadə olunur”.
Layihənin simulyasiyası da təqdim edilib.
Избранный
5
46
yeniavaz.com

10Источники