RU

"Aqrarkredit" BOKT-a məxsus 50 daşınmaz əmlak hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan 50 daşınmaz əmlakı təkrar açıq hərraclara çıxaracaq.

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hərraclar dekabrın 4-də, saat 11:00-da və 12:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, "Aqrarkredit"in hesabına beh ödəməlidir.

Hərraclar barədə ətraflı məlumatı buradan və buradan əldə etmək mümkündür.

Избранный
2
5
marja.az

10Источники