RU

Drezen “Bayern”in gələcək simalarını açıqladı

“Bayern”in baş direktoru Yan-Kristian Drezen alman hücumameylli yarımmüdafiəçi Camal Musialanın müqaviləsi ilə bağlı vəziyyətdən danışıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssis həm də Münhen klubunun gələcək futbol simaları haqda təsəvvürünü açıqlayıb:

“Heç kimə sirr deyil ki, biz Camalla müqavilənin müddətini uzatmaq istəyirik. Danışıqlar davam edir, biz tələsmirik. Musiala “Bayern”in gələcəyinin simalarından biridir. Kimmix və Pavloviç kimi. Klubu belə futbolçular təşkil etməlidirlər”, deyə Drezen vurğulayıb.

Əlavə edək ki, 21 yaşlı Camal Musiala Avropanın ən perspektivli gənc futbolçularından biri sayılır və bir çox Avropa nəhəngləri artıq indidən alman yarımmüdafiəçinin ovuna çıxıblar.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Musiala “Bayern”in heyətində 14 oyun keçirib, 9 qol vurub, 4 məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 177 oyun, 52 qol və 35 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 38 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Избранный
6
2
arena.az

8Источники