Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev COP29 Liderlər Sammitində, eyni zamanda, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs edərək bu məqamı xüsusi qeyd etdi ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Lüksemburq parlamentinin qətnaməsi də ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsidir. Azərbaycan ən yüksək tribunalardan bu reallığı çatdırır ki, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanına malik deyil. Heç bir qüvvə Azərbaycanla diktat dili ilə danışa bilməz. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasəti ilə uğurlarının davamlılığını təmin edir.
Millət vəkili Milli Məclisin də Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirdiyini diqqətə çatdıraraq qeyd edib ki, həmin münasibətdə bu sənəd qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirilib, ölkəmizi hədəf alan əsassız iddia və ittihamlar qətiyyətlə rədd edilib. Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan heç bir ölkənin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.
9Источники
-
moderator.az"Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir" ( 13288138)
-
azxeber.com"Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir" ( 13284145)
-
sesqazeti.azLüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir ( 13281409)
-
sia.azBu, siyasi riyakarlığın növbəti nümunəsidir - Vüqar Rəhimzadə ( 13277164)
-
demokrat.azVüqar Rəhimzadə: Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir ( 13276318)
-
turkic.worldLüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir - Vüqar Rəhimzadə ( 13276009)
-
az.trend.azLüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir - Vüqar Rəhimzadə ( 13275895)
-
olaylar.azVüqar Rəhimzadə: Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir ( 13275256)
-
ikisahil.azVüqar Rəhimzadə: Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir ( 13274977)