RU

“YAP müstəqilliyimizin dönməzliyinin təminatçısıdır”

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü münasibətilə YAP Samux rayon təşkilatının inzibati binasında “YAP müstəqilliyimizin dönməzliyinin təminatçısıdır” mövzusunda dəyirmi masa təşkil olunub.Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov tədbiri giriş sözü ilə açaraq, iştirakçıları partiyanın yaranmasının 32-ci ildönümü münasibətilə təbrik edib. O, 90-cı illərin əvvəllərində ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyəti xatırladaraq, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyasının Azərbaycanın xaosdan çıxarılmasında, Ermənistanın işğalçı siyasətinin qarşısının alınmasında və vətəndaş müharibəsinin dayandırılmasında oynadığı mühüm rolu vurğulayıb.
Gündüz Bayramov qeyd edib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa müddət ərzində ölkənin hərbi doktrinasını hazırlayıb, müasir ordu quruculuğuna başlayıb və cəbhədəki uğurlar nəticəsində Ermənistanı atəşkəs razılaşmasına məcbur edib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev də tədbirdə çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və məsuliyyətli yoldan bəhs edib. O bildirib ki, YAP, Ümummilli Lider Heydər Əliyevin liderliyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın bu günü və gələcək taleyinin müəyyən edilməsində mühüm rol oynayıb. Firdovsi Əliyev vurğulayıb ki, Heydər Əliyevin zəngin irsi əsasında, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu və dövlət qüdrəti daha da artacaq.
Tədbirdə digər natiqlər – Az.MSS ərazi partiya təşkilatının sədri Namiq Cəfərov, Samux şəhər 3 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Nuridə Həsənova və Sərkar kənd ərazi partiya təşkilatının sədri Şəmistan Yusifov da çıxış edərək YAP-ın yaranmasını tarixi zərurət kimi dəyərləndiriblər. Onlar YAP-ın qısa müddətdə iqtidar partiyasına çevrilməsini və regionun ən nüfuzlu siyasi təşkilatı kimi mövqelənməsini qeyd ediblər.
Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə partiya vəsiqələri təqdim edilib.

Избранный
5
2
sesqazeti.az

3Источники