RU

“Lüksemburq bunları Azərbaycana qarşı Fransanın təsiri ilə edir” — Politoloq

“Lüksemburq Deputatlar Palatasının Azərbaycana qarşı qətnamə qəbul etməsi xoş hal deyil. Lüksemburq dünyada cırtdan dövlətlər sırasında olan dövlətdir. Fransanın ərazisində yerləşir, dövlət dili də fransız dilidir. Bir sözlə, Fransanın himayəsi altındadır. Ona görə də bu cür qərəzli qətnamənin qəbul olunması gözlənilməz deyildi. Lüksemburq nümayəndələri keçən il də, ondan əvvəlki il də Qarabağ erməniləri ilə bağlı kifayət qədər beynəlxalq hüquqa zidd açıqlamalar vermişdilər. Bu gün də Fransanın təsiri ilə qərəzli qətnamələr, sənədlər qəbul olunur. Təbii ki, bunlar bizə xoş deyil. Azərbaycan Parlamenti də buna cavab verib”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib: 

“Biz nəzərə almalıyıq ki, öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəndən sonra Azərbaycan artıq savaşı meydanda deyil, diplomatiya, siyasət, informasiya, təbliğat istiqamətində aparır. Bizə qarşı təzyiqlər bundan sonra da uzun müddət olacaq. Buna hazır olmalıyıq. İnsitutlaşmalıyıq və  mütəşəkkil formada təzyiqlərə hazır olmalı, adekvat cavablar verməliyik”.

Əfsanə Kamal
Demokrat.az
Избранный
35
demokrat.az

1Источники