RU

Fransada qar fırtınası səbəbindən nəqliyyat problemləri yaşanır

Fransada qar fırtınası nəqliyyatda problemlər yaradıb, bir sıra avtomobil yolları bağlanıb, onlarla qəza baş verib.

AZƏRTAC xəbər verir ki, “Le Figaro” qəzetinin məlumatına görə, kəskin hava Pei-de-la-Luar, Normandiya, Yeni Akvitaniya və Paris regionlarında dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub. Həmçinin qar fırtınası səbəbindən ölkədə 200 min nəfər işıqsız qalıb. Hakimiyyət orqanları şənbə günü axşamadək elektrik enerjisinin 90 faiz bərpa olunacağını bildirib.

Fransanın bəzi rayonlarına orta hesabla 2-8 santimetr, dağlıq ərazilərdə isə 15 santimetrə qədər qar yağıb.

Meteoroloqların məlumatına görə, Fransanın qərbindən şərqinə doğru hərəkət edən qar fırtınasının mərkəzində küləyin sürəti saatda 180 kilometrə çatıb. Hakimiyyət orqanları Alp dağlarında qar uçqunu təhlükəsi barədə xəbərdarlıq edib.

Избранный
15
1
yeniazerbaycan.com

2Источники