RU

“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” yeni redaksiyası təsdiq olunub

Məlum olduğu kimi, uçot məlumatlarının dürüstləşdirilməsi və avtomatlaşdırma səviyyəsinin artırılması, vergi münasibətlərində vahid yanaşmanın tətbiqi, vergi ödəyicilərinin öhdəlikləri və digər tələblər barədə əvvəlcədən məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidmətinin əmri ilə “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” təsdiq edilib.

7 rəqəmli fəaliyyət kodlarına və Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırılması zərurətindən irəli gələrək həmin standartlar yeni redaksiyada təsdiqlənib, istifadənin əlçatanlığının artırılması üçün Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilib (https://www.taxes.gov.az/az/page/vahid-standartlar).

İstifadəçilər buradan iqtisadi fəaliyyət növləri üzrə formalaşan vergi öhdəlikləri, o cümlədən vergi azadolmaları və güzəştlər, vergitutma baxımından tətbiq edilməli və tətbiqi mümkün olmayan tədiyyə növləri, obyekt qeydiyyatı, NKA və POS-terminalın quraşdırılması, lisenziyanın alınması ilə bağlı məlumatları asanlıqla əldə edə bilərlər.

Избранный
28
11
vergiler.az

10Источники