RU

Türkiyədə qurulan Özbəkistan şirkətlərinin sayı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Özbəkistan kapitalı ilə 49 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 32 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 93 milyon 707 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 60 milyon 840 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (42) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 79 milyon 962 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Özbəkistan kapitalı ilə 29 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Избранный
7
28
turkic.world

10Источники