RU

2023-cü ilin ötən dövrü ərzində Azərbaycanın milli parklarını 252 485 turist ziyarət edib

Azərbaycanın milli parklarına səfər edib, ekoloji turizmə önəm vermək son illər bir ənənəyə çevrilib. 2023-cü ilin ötən dövrü ərzində milli parkları 252 485 turist ziyarət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, ən çox ziyarətçi qəbul edən və ilk üçlükdə yer alan milli parklarımız - Kəpəz dağı, Göygöl və Maralgöl gölləri ilə zövqləri oxşayan Göygöl Milli Parkı, Abşeron yarımadasının ada və dəniz mənzərəli Şahdili burnunda gəzmək fürsəti təqdim edən Abşeron Milli Parkı, Qaranohur gölü, şəlalələri ilə gözoxşayan, zubr və Xallı maral ilə turistlərin diqqət mərkəzində olan Şahdağ Milli Parkıdır.

Ölkəmizdə 116 ekoloji turizm marşrutunu əhatə edən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Ekosisteminə görə bir-birindən fərqli təbiət abidələri sayılan milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini özündə birləşdirir.

Избранный
218
13
ikisahil.az

10Источники