RU

İrəvanın məktub-məktub OYUNU: “Qərbdən gələn tapşırıqları yerinə yetirirlər”

“Sülh müqaviləsini imzalamaqdan yayınmaq üçün bir növ məktub-məktub oyunu oynayırlar”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın COP29 iqlim tədbirində iştirak etməməsinin sülh prosesinə təsirindən danışan politoloq Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, tədbirdə iştirak etməmək təkcə Azərbaycana deyil, eyni zamanda. Ermənistanın BMT-ə olan münasibətinin göstəricisidir:

“Ermənistan bu tədbirə rəsmi qaydada dəvət olundu. Hətta iştirakı belə gözlənilirdi. Əlavə olaraq tədbirin gedişində sülh müqaviləsi imzalanması belə mümkün ola bilərdi. Yəni ümidlər böyük idi, lakin Ermənistan tam olaraq bu ümidlərə zidd addım atdı”.

“Ermənistan dövləti və onu təmsil edənlər gündə bir neçə fikir dəyişirlər. Sülh müqaviləsini imzalamaqdan yayınmaq üçün bir növ məktub-məktub oyunu oynayırlar. Yəni Azərbaycanın təkliflərini gözləyir, sonra isə qarşılığında uydurma təkliflər irəli sürürlər. Buna görə də sülh müqaviləsinin yaxın perspektivdə imzalanması və prosesin başa çatacağı gözlənilmir. Çünki Ermənistan Qərbdən gələn tapşırıqları yerinə yetirir. Tapşırıq isə sülh müqaviləsinin hər vasitə ilə ləngidilməsindən ibarətdir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Избранный
14
yenicag.az

1Источники