RU

“Turan Tovuz”un “Turan” olmasına mane ola bilmərəm” - Naci Şensoy xeyir-dua verdi

Xəbər verdiyimiz kimi, "Huner Group” MMC-nin təsisçisi və qanuni təmsilçisi Ehtiram Quliyevin rəhbərlik etdiyi yeni şirkət dövlət qeydiyyatına alınıb.

Həmin şirkət "Turan FK” MMC adlanır. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonunda yerləşir.Məlumat üçün bildirək ki, Ehtiram Quliyev hazırda "Turan Tovuz”un İdarə Heyətinin sədridi. Bu klubun rəsmi adı "Turan Tovuz” Peşəkar Futbol Klubu İctimai Birliyidi.

Ehtiram bəyin yeni şirkət yaratması “Turan Tovuz”un tarixi adına dönüş prosesinin başlanğıcı kimi qəbul olunur. Amma illər əvvəl “Turan”ın “Turan Tovuz”a çevrilməsinin səbəbi də məlumdu. Onda futbolçular və komandanın sabiq baş məşqçisi Naci Şensoy qarşısında borc yaranmışdı, FİFA komandanın köhnə adla varlığını davam etdirməsinə imkan verməyəcəkdi.

Bəs Naci bəylə Tovuz klubu arasındakı maliyyə davası bitibmi? Türkiyəli mütəxəssis “Turan” adına dönmək variantını necə qarşılayır?

“Football-plus.az”ın sualına Şensoy belə cavab verdi:

“Turan Tovuz” sonuncu dəfə təxminən 10 il əvvəl işləmişəm. Həmin rəhbərliklə aramızda bəzi qanuni problemlər yaranmışdı. Amma mən bütün hüquqi haqlarımı cüzi bir pul qarşılığında vəkilimə həvalə etdim. Məni məmnun edəcək qədər pulu vəkildən aldım. Deməli, “Turan Tovuz”un artıq mənimlə işi qalmamışdı, vəkilimlə işi var idi. Buna görə də “Turan Tovuz”un əvvəlki adına - “Turan”a qayıtmasına heç bir maneəm ola bilməz. Əksinə, axıra qədər dəstəkləyərəm və çox da şad olaram”.


ƏSƏD SEYİDOV
Избранный
45
1
football-plus.az

3Источники