RU

Paşinyan televiziyadan Azərbaycana səslənə bilər – Ermənistan kritik qərar ərəfəsində

  Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin İctimai Televiziyasına müsahibə verəcəyi barədə yerli və xarici mediada məlumatlar yayılıb. İddialara görə, o, konstitusiya və müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiası olan maddələri çıxaracağını elan edə bilər.

Bu mümkündürmü? Məsələlərin Ermənistan tərəfindən müzakirəyə çıxarılmasının şahidi ola bilərikmi?

Globalinfo.az-a danışan politoloq Füzuli Qurbanov deyib ki, Nikol Paşinyanın konstitusiya və müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiası olan maddələri çıxaracağına işarə verdiyi barədə məlumatlar var:

“Bu tamamilə mümkün və zəruri hadisədir. Çünki başqa cür Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalaya bilməyəcək. Rəsmi Bakının bunun üçün ədalətli, haqlı və təbii tələbi var, bu da ödənilməlidir. Özünü qonşu adlandıran və sülh istəyən bir dövlət konstitusiyasında və müstəqillik bəyannaməsində hər hansı formada digər dövlətə qarşı aqressiyaya, təcavüzə əl yeri qoyursa, onda sülh heç bir halda real, qalıcı, nəticəverici ola bilməz. Ermənistanın hərbi doktrinasında rəsmi olaraq Gəncə şəhərinə qədər iddia var idi. Belə rəsmi sənədlərdə bu kimi ifadələrin qalması, sətiraltı olaraq nə vaxtsa təcavüzə haqq qazandırmaq istəyini Azərbaycan dövləti heç bir halda qəbul etməməlidir. Prezident İlham Əliyevin də məsələ ilə bağlı mövqeyi dəyişməz qalacaq”.



 
Füzuli Qurbanov

Politoloq qeyd edir ki, Azərbaycandan daha çox Ermənistana sülh lazımdır:

“Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ölkənin müdafiəsi çox gözəl qurulub və getdikcə gücləndirilir. Dünyada dostların sayı çoxalmağa başlayıb. Rəsmi Bakı təkcə regionda deyil, regionlararası, qlobal miqyasda söz sahibi olan güclərdən birinə çevrilib. COP29 bunu çox yaxşı nümayiş etdirdi.

Ermənistan sülhün əldə edilməsinin region üçün vacib olduğunu anlamalıdır. Kommunikasiyalar açılmalı, əlaqələr gücləndirilməlidir. Bunun üçün aparıcı rolu da Azərbaycan oynayır. Türkiyə rəsmiləri də bu fikri dəfələrlə dilə gətiriblər”.  

Избранный
48
referans.az

1Источники