NATO Baş katibi Mark Rütte Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Noyabrın 25-də baş tutacaq səfər çərçivəsində Rütte Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülərlə görüşəcək
Həmçinin o, Türkiyə müdafiə sənayesi nümayəndələri ilə görüşəcək və Türk Hava Yolları Sənayesinin (TUSAŞ) obyektlərinə baş çəkəcək.