İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) balansında olan 35 su nəqliyyatı vasitəsini açıq hərraca çıxarır.
Bu barədə Dövlət Xidməti məlumat yayıb.
Hərrac dekabrın 24-də, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ASCO-nun hesabına beh ödəməlidir.
![](https://images.oxu.az/2024/11/22/QMBYhpt7USuGlzqGh3Bm8kwe96sYrw3AhUjuCcND:640.jpg)
![](https://images.oxu.az/2024/11/22/5HFYXBtRkag2DBzhaPXipvoj6N1cjqtXXTaZd%D0%B0ta:640.jpg)