RU

Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubun məhkəmə işinin mümkün nəticəsindən danışıb. 

QOL.az xəbər verir ki, 53 yaşlı mütəxəssis "şəhərlilər"in məhkəməni uduzduğu və 2-ci diviziona düşdüyü halda nə edəcəksiniz sualına belə cavab verib: "Mən burada qalacağam. Sonrakı il isə Premyer Liqaya qayıdıb, çempionluğu götürəcəyik". 

Xatırladaq ki, ötən ilin fevralında Premyer Liqa “Mançester Siti”ni 2009-2018-ci illər arasında 115 müxtəlif maliyyə qaydalarını pozmaqda ittiham edib. Daha öncə bu işlə bağlı qərar gələn ilin yazında veriləcəyi bildirilib.

Qeyd edək ki, Xosep Qvardiolanın "Mançester Siti" ilə imzaladığı yeni bir illik razılıqda müqaviləni dayandırmaq bəndi yoxdur. Bu o deməkdir ki, "şəhərlilər" üzləşdiyi məhkəmə işində uduzsa belə, Qvardiola müqaviləyə xitam verə bilməyəcək. 

Избранный
18
1
teleqraf.com

2Источники