RU

“Gətirib xəstəxananın qarşısına “dayanmaq qadağandır” nişanı qoyulur” - VİDEO

Bakı yollarında ən ciddi problemlərdən biri də sərnişinlərin uyğun yerlərdə avtomobildən düşə bilməməsi ilə bağlıdır. Sürücülər sərnişini düşürmək üçün cərimə olunmasın deyə, avtobus zolağına daxil ola bilmir. Bu halda avtomobil yolun hərəkət istiqamətində - ikinci zolaqda saxlanılır ki, bunun özü də həm cərimə, həm də sərnişinin həyatı üçün təhlükə deməkdir. Birinci halda sürücülər 100 manat 2 bal, ikinci halda isə 80 manat cərimə olunurlar. Və ən maraqlısı budur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sürücülərə alternativ variant buraxılmayıb. Bəs, sərnişini harada düşürək?

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən problem Azərbaycan Radiosunda yayımlanan "Avtoreyd" proqramında müzakirə olunub.

Müzakirəyə isə Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev qoşulub. Qurum rəsmisi də etiraf edib ki, yollarda müəyyən çatışmazlıqlar var. Amma bu, onların səlahiyyətində olan məsələ deyil:

"Bu gün mən də yol hərəkətinin təşkilində müəyyən çatışmazlıqların olduğunu düşünürəm. Bəzən taksi sürücüləri öz narazılıqlarını dilə gətirirlər ki, sərnişin avtobus zolağına düşür, bu da onun həyatı üçün təhlükə yaradır. Eyni zamanda da, sürücülər cərimələnir. Ümumiyyətlə, Bakıda və digər bölgələrimizdə yol hərəkətinin təşkili ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məşğul olur. Hərəkətinin təşkilində müəyyən çatışmazlıq olduğunu qurum olaraq biz də deyirik, müəyyən təkliflər də irəli sürürük. Amma qaydalara da əməl etməliyik. Biz bu gün sərnişini mindirib-düşürmək üçün şərait yaratmamışıq. Gətirib xəstəxananın qarşısında "dayanmaq qadağandır" nişanı qoyulur və bununla bağlı bizə çoxsaylı müraciətlər daxil olur. 

Qurum rəsmisi bildirib ki, BŞDYP sadəcə, məsələyə qanuni tərəfdən yanaşır. 

Avtobus zolaqlarına daxil olan sürücülər cərimələnməsə, aidiyyəti qurum dərhal müraciət edir ki, zolaqlara bu qədər maşın daxil olur, amma BŞDYP onlarla bağlı tədbir görmür". 

Daha ətraflı videoda:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
2
6
milli.az

7Источники