RU

Mahir Emreli üçün “Paderborn”la matçda 90 dəqiqə və 1 assist

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 13-cü turu çərçivəsində baş tutan “Paderborn”la matçın iştirakçısı olub.

Nürnberqlilər səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıblar – 2:3. Mahir start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanlı hücumçu bu oyunda bir məhsuldar ötürmə ilə fərqlənib. O, komandasının 8-ci dəqiqədə vurduğu bərabərlik qolunda assistlə yadda qalıb.

“Nürnberq” 13 oyuna topladığı 18 xalla hazırda 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 5 qələbə qazandığı halda 3 heç-heçə edib, 5 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını dekabrın 1-də evdə Düsseldorf “Fortuna”sına qarşı keçirəcək.

Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 9 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Избранный
7
3
arena.az

10Источники