23 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu (ARİKZF) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Qiymətli kağızın ISIN kodu |
AZ2092008682 |
Emissiya həcmi |
50,000,000 manat |
Nominal qiyməti |
1,000 manat |
Hərrac qiyməti |
1,000 manat |
İstiqrazların tədavül müddəti |
8640 gün |
Faiz dərəcəsi |
3% |
Faiz gəlirinin ödəniş müddəti |
180 gündən bir (6 aydan bir) |
Anderrayter |
“Unicapital İ.Ş” ASC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Zemfira Ms
Fins.az