RU

Bu ölkədə elektron siqaretlərə qadağa qoyuldu

Qırğızıstan Prezidenti Sadır Japarov 2025-ci il iyulun 1-dən ölkəyə elektron siqaretlərin idxalına, satışına və çəkilməsinə qadağa qoyulacaq qanunu imzalayıb.

“Unikal” xəbər evrir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qadağanın pozulması Qırğızıstan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Qanuna görə, elektron siqaret çəkməyə görə fiziki şəxslər üçün 10 min som, hüquqi şəxslər üçün isə 60 min som (təxminən 72 min rubl) cərimə nəzərdə tutulur. Eyni zamanda, vape satışına görə sanksiyanın ölçüsü fiziki şəxslər üçün 20 min som, hüquqi şəxslər üçün isə 65 min som təşkil edəcək.

Избранный
8
3
moderator.az

10Источники