RU

Rusiya ilə mümkün müharibə hazırlıqları davam edir - Foto

Rusiya

Almaniya Rusiya ilə mümkün müharibə hazırlıqlarını davam etdirir. “Deutşland əməliyyatı” adlanan plan 1000 səhifəlik sənəddən ibarətdir və Rusiyadan gələn nüvə təhlükəsinə qarşı hərbi ssenarilər üçün ətraflı təlimatları cəmləyir. Sızdırılmış məxfi sənədlərə görə, mümkün gərginlik halında Almaniya Avropanın şərqinə qoşun və texnikanın daşınması üçün logistik mərkəzə çevriləcək.

Reyting.az
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə istinadla xəbər verir ki, “Deutşland əməliyyatı” (Almaniya əməliyyatı) kimi tanınan plan Berlinin Rusiyadan gələn nüvə təhdidlərinə cavab olaraq 800 min NATO əsgərinin, o cümlədən ABŞ qüvvələrinin Ukraynaya yerləşdirilməsinə necə dəstək verə biləcəyindən də bəhs edir.

1000 səhifəlik sənəddə mümkün hərbi ssenarilər üçün planın təfərrüatlı təlimatlarından bəhs olunur, xüsusi qorunma tələb edən kritik infrastrukturu təsvir edir, müdafiə və ya böhran ssenariləri zamanı görüləcək tədbirləri müəyyənləşdirir. Sənədə əsasən, NATO-nun şərq cinahında gərginlik artacağı təqdirdə Almaniya qoşunların, hərbi texnikanın, ərzaq təchizatının və tibbi yardımın ötürülməsi üçün mühüm mərkəz rolunu oynayacaq.



E. KAMAL
Избранный
29
reyting.az

1Источники