RU

Rusiyada VPN qadağası - Moskva dəmir pərdələri tamamilə endirir?..

Noyabrın 30-dan sonra Rusiyada VPN servislərinin tam qadağası nəzərdə tutulur...

Turan Rzayev: “Böyük ehtimalla Rusiyada VPN servislərinin tam qadağan edilməsi müvəqqəti xarakter daşıyacaq. Çünki əsas kretik dönəm Trampın and içməsinə qədər olan dönəmdir”.

“Mümkündür ki, Rusiya tərəfi həm əməliyyatlarla bağlı məlumatların qarşı tərəfə ötürülməməsi üçün, həm daxili auditoriyada sabitlik yararmaq, dezinformasuyaların qarşısının alınması üçün belə bir addım atılıb”.

Bu sözləri politoloq Turan Rzayev Rusiyada VPN servislərinin tam qadağasının nəzərdə tutulmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Rusiyada VPN servislərinin tam qadağası nəzərdə tutulur. Bundan sonra hətta VPN servisləri ilə bağlı müzakirələr aparmaq belə yasaqlanacaq. “Roskomnadzor”un qərarında bildirilir ki, qadağa 30 noyabrda qüvvəyə minəcək və 2029-cu ilin sentyabrına qədər davam edəcək.

Bəs, fövqəldövlət olmağa can atan Rusiyanın xarici aləmə tam olaraq qapanması əslində bu ölkəyə nələr vəd edir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə mübarizə edib.

Turan Rzayev: “Bu onu deməyə əsas verir ki, deməli Rusiya daha genişmiqyaslı hücuma hazırlaşır. Bu hücumla bağlı informasiyanın da qarşı tərəfə ötürülməsini istəmir və belə tədbir görür”.

Rusiyanın qabaqlayıcı tədbir gördüyünü qeyd edən politoloq Poliqon-s açıqlamasında qeyd edib ki, bunun nə qədər davam edəcəyini demək çətindir:

“Əlbəttə ki, tarixən Rusiya cəmiyyətində despotik hakimiyyətlər mövcud olub və bu baxımdan da Rusiyanın qapanmağa çalışması heç də təəccüblü görünmür. Elə SSRİ dönəmində də Rusiya özünü tam olaraq xarici aləmdən təcrid edərək informasiya və ideologiya monopoliyası yaratmışdı.

Amma mən düşünmürəm ki, Rusiyanın xarici əlaqələrini tam məhdudlaşdıracaq. Çünki informasiya əsrində Rusiyanln özünü dünya informasiya şəbəkəsindən təcrud etməsi sadəcə Rusiyanın əleyhinə olacaq. Bu baxımdan mən düşünürəm ki, bu kimi addımlar daha çox müharibə ilə bağlıdır. Ümumiyyiyətlə müharibə şəraitində sosial şəbəkələr çox böyük probkem vı təhlükə mənbəyi olaraq çıxış edir və bu baxımdan da müharibə başlayandan sonra Rusiyada bir dıra sosial şəbəklər qadağan edikib, bəzilərinə isə giriş məhdudlaşdırıkıb. İndi isə qadağa VPN-lərə də qoyulur. Bu baxımdan VPN servislərinin tam qadağası da başa düşüləndir. Azərbaycan da Vətən müharibəsində bundan istifadə etmişdi və biz bunun effektini çox gördük. Müharibənin ilk vaxtlarında kifayət qədər insanlar bilərəkdən və bilməyərəkdən informasiyanı sızdırırdılar və bu da qarşı tərəfin həmin informasiyadan istifadə etməsinə gətirib çıxarıtdı. Bu baxımdan Rusiyada sosial şəbəkələrə qoyulan qadağalar başa düşüləndir.

Əslində müharibə zamanı dezinformasiyalar çox olur və bu müharibə taktikasının tərkib hissəsi kimi qəbul olunur. Həm də sosial şəbəkələr vasitəsi ilə kəşfiyyat məlumatlarının da ötürülməsi çox asan olur.

Turan Rzayev: “Tramp hakimiyyətə gələndən sonra vəziyyət əvvəlki halına qayıdacaq. Hətta, Rusiya və Ukraynanın danışıqlar prosesinə qayıtmaq imkanları var”.

Yəni mümkündür ki, Rusiya tərəfi həm əməliyyatlarla bağlı məlumatların qarşı tərəfə ötürülməməsi üçün, həm daxili auditoriyada sabitliyi saxlamaq, dezinformasiyaların qarşısının alınması üçün belə bir addım atılıb. Dediyim kimi, belə addımlar hər zaman olub və əslində normal prosedurdur.

Rusiya qabaqlayıcı tədbir görüb. Bunun nə qədər davam edəcəyini demək çətindir. Amma bu onu deməyə əsas verir ki, deməli Rusiya daha genişmiqyaslı hücuma hazırlaşır. Bu hücumla bağlı informasiyanın da qarşı tərəfə ötürülməsini istəmir və belə tədbir görür.

Onu da qeyd edim ki, müharibənin 2029-cu ilə qədər uzanacağını düşünmürəm. Artıq müharibə 1003 gündür davam edir. Böyük ehtimalla Rusiyada VPN servislərinin tam qadağan edilməsi müvəqqəti xarakter daşıyacaq. Çünki əsas kritik dönəm Trampın and içməsinə qədər olan dönəmdir. Tramp hakimiyyətə gələndən sonra vəziyyət əvvəlki halına qayıdacaq. Hətta, Rusiya və Ukraynanın danışıqlar prosesinə qayıtmaq imkanları var”.

Nərminə UMUDLU
Poliqon.info

 

 

 

Избранный
16
poliqon.info

1Источники