RU

Harri Keyn Bundesliqada yeni rekorda imza atıb

Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn Bundesliqada yeni rekorda imza atıb.

31 yaşlı hücumçu buna XI turda “Auqsburq”a qalib gəldikləri (3:0) matçda nail olub.

Qarşılaşmada het-trik edən ingiltərəli forvard Bundesliqadakı qollarının sayını 50-yə çatdırıb. O, 43-cü matçında bunu bacarıb.

Qeyd edək ki, əvvəlki rekord Dortmund "Borussiya"sının sabiq futbolçusu Erlinq Holanna məxsus idi. Norveçli oyunçu 50 qola 50-ci matçda çatmışdı.

"Cebheinfo.az"

Избранный
2
8
cebheinfo.az

9Источники