RU

ABŞ Konqresi Trampı Kiyevə dəstəyə məcbur edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Konqresində hər iki partiyadan olan bir qrup Ukrayna tərəfdarı qanunverici, seçilmiş prezident Donald Trampı Kiyevə hərbi və iqtisadi dəstək üçün vəsait ayırmağa məcbur edəcək qanun layihəsi üzərində işləyir. Bu barədə "The Hill" nəşri məlumat yayıb.

Nəşrin mənbəyinin sözlərinə görə, bəzi qanunvericilər layihənin müddəalarını Milli Müdafiə Qanununa düzəliş şəklində daxil etməyi planlaşdırırlar. Onların qanunu Tramp vəzifəyə başlamadan qəbul etmək üçün çox az vaxtı qalıb. Xatırladaq ki, Tramp daha əvvəl Ukraynaya yardımı açıq şəkildə tənqid edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Pentaqon Trampın inauqurasiyasına qədər Kiyevə qalan hərbi yardımı çatdırmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
olaylar.az

1Источники