RU

Türkiyəli məşqçi Azərbaycanı tərk etdi

Premyer Liqa təmsilçisi "Səbail"in türkiyəli məşqçisi Səbəhəttin Təkin Bakı klubundan ayrılaraq vətəninə yollanıb. 

Fanat.Az İHA-ya istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. 

2023-cü ilin yayından Şahin Diniyevin köməkçisi olan Təkin noyabrın əvvəlində reallaşan məşqçi dəyişikliyindən sonra Bakını tərk edib. O, rəhbərliklə görüşlərdən sonra qarşılıqlı razılaşma ilə ayrıldığını bildirib: 

"2 mövsüm çalışdığım Azərbaycan Premyer Liqa komandası "Səbail"dən idarə heyəti ilə keçirdiyimiz görüşdə qarşılıqlı razılaşma əsasında ayrıldım. İşlədiyim müddətdə mənə dəstək olan texniki heyət, idarə heyəti, ofis işçiləri, azarkeşlərimiz və mətbuat nümayəndələrinə çox təşəkkür edirəm. "Səbai" klubuna və yeni texniki heyətə gələcəkdə uğurlar arzulayıram". 

Təkin əvvəllər "Qarabağ"ın infrastruktur koordinatoru, Türkiyədə Superliqa da daxil olmaqla müxtəlif səviyyələrdə məşqçi və texniki direktor vəzifələrində çalışıb. 

Mirağa

Избранный
15
fanat.az

1Источники