RU

Koreya əsgərləri Xarkovda və Mariupolda? – “CNN” və Ukrayna komandanılığından ziddiyyətli məlumatlar

KXDR hərbçiləri artıq işğal olunmuş Mariupolda və Xarkov vilayətinin rusların ələ keçirdiyi ərazilərindədir.

“AzPolitika” xəbər verir ki, bu barədə “CNN” Ukrayna Təhlükəsizlik Xidmətindəki adını çəkmədiyi mənbəyə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, koreyalı “texniki məsləhətçilər” Mariupola gəliblər, lakin onların səfərinin məqsədi bəlli deyil. Koreyalılar rus hərbi forması geyinsələr də, qarşılıqlı əlaqədə olduqları rus bölmələrindən ayrı qalırlar: “Rusiya sıralarında olan digər əcnəbi döyüşçülər bölmələrlə qarışsa da, Şimali Koreyalılar ayrı saxlanılır – onların öz mənzilləri, yeməkləri, musiqiləri və filmləri var”.

Şimali Koreya əsgərləri Xarkov vilayətində də görünüb. Xarkovdakı hərbi hissələr birliyinin nümayəndəsi Yevgeni Romanovun sözlərinə görə, radio dinləmələri koreyalıların mövcudluğundan xəbər verir. Ərazidəki 153-cü briqadanın komandiri Nazari Kişak da bu məlumatı təsdiqləyib: “Görürəm ki, onlar hissələrə bölünür, döyüş hissələrini gücləndirir, ön xəttə az sayda qüvvə toplayırlar”.

Lakin çox keçməmiş Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko öz “teleqram” kanalında bu məlumatları təkzib edib. O qeyd edib ki, Xarkov vilayətində Rusiya Federasiyasının tərəfində döyüşən Şimali Koreya hərbi qulluqçuları qeydə alınmır: “KXDR-dən olan hərbçilərin bir hissəsi Belqorod vilayətinin sərhəd bölgələrinə köçürülüb, onlar Xarkov vilayətində yoxdurlar”.

Избранный
9
1
tribunainfo.az

2Источники