RU

THY-dən yeni fürsət: sərnişinlər pulsuz şəhər turuna çıxacaqlar

Türkiyə Hava Yolları (THY) xaricdən gələn və İstanbul Hava Limanında başqa ölkəyə getmək üçün gözləyən sərnişinlərə pulsuz şəhər turu ilə ziyarət fürsəti təqdim edir.

Turkustan.az xəbər verir ki, THY-nin “Tourİstanbul” layihəsi çərçivəsində İstanbulu uçuşları üçün transfer nöqtəsi kimi seçən sərnişinlər boş vaxtlarını belə dəyərləndirirlər.

İstanbul Hava Limanında 6-24 saat arası vaxtı olan sərnişinlər iki reys arasında şəhərin tarixi və mədəni dəyərlərilə tanış olmaq şansı əldə edirlər.

THY rəsmiləri səhər saatlarında xüsusi avtobuslarla tranzit sərnişinləri Dolmabağça Sarayına aparır. Burada ənənəvi səhər yeməyi verilən sərnişinlər giriş haqqı ödəmədən bələdçi ilə Topkapı Sarayı və Ayasofya məscidini gəzə bilirlər.

Sərnişinlərə nahar da təklif olunur. Onlar şəhərin digər mühüm tarixi və turistik yerlərini gəzdikdən sonra İstanbul Hava Limanına çatdırılırlar.

THY “Tur Marketing” meneceri Abdullah Yormaz sərnişinləri gözləmə müddətlərinə görə fərqli turlarda qəbul etdiklərini söyləyərək bildirib: “Gündə 6 fərqli tur təşkil edirik. Qışda alış-veriş, yayda isə Boğaziçi turumuz var. 2024-cü ildə “Tousİstanbul”u ilk olaraq ABŞ, Çin, Meksika, Fransa və Qazaxıstan sərnişinləri seçib”./AzFakt.com

Избранный
5
8
turkustan.az

9Источники