RU

Nümayəndə heyəti stendlər, layihələr və materiallar ilə tanış olublar - FOTOLAR

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri İsmayıl Əfəndiyev və Şahlar Mirqasım 11-22 noyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi və Yaşıl Zonalarda ekologiya ilə əlaqəli sağlamlıq problemləri mövzularına həsr edilmiş plenar və panel iclaslarında, yüksək səviyyəli dəyirmi masalarda və diskussiyalarda fəal iştirak ediblər, eyni zamanda COP29 beynəlxalq tədbirində təşkil edilmiş iştirakçı ölkələrin pavilyonlarını ziyarət edib, ekologiya ilə bağlı nümayiş olunan stendlər, layihələr və materiallar ilə tanış olublar. SİA xəbər verir ki, həmçinin, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti COP29 tədbirində qonaqlara və iştirakçılara həftənin 7 günü 24 saat ərzində ilk və təcili tibbi yardım xidmətlərinin təşkili işi ilə tanış olub, Mərkəzi Gömrük Hospitalından mötəbər COP29 tədbirində tibbi xidmətlər göstərən həkimlər və orta tibb işçiləri ilə görüşüb, onlara öz tövsiyələrini verib.

Избранный
41
sia.az

1Источники